Azərbaycan XİN bəyanat yaydı

Azərbaycan XİN bəyanat yaydı

Azərbaycan Türkiyənin Suriyada keçirdiyi antiterror əməliyyatını dəstəkləyir

 

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyə ordusunun Suriyanın şimalında apardığı hərbi əməliyyatlarla bağlı bəyanat yayıb.

 

AYNA xəbər verir ki, XİN-in bəyanatda Azərbaycanın terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pislədiyi və beynəlxalq ictimaiyyətin terrorizmə qarşı mübarizədə səylərini dəstəklədiyi bildirilir.

 

“Bu mənada biz əminik ki, Türkiyə hökuməti tərəfindən bəyan edildiyi kimi, Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi “Sülhün mənbəyi” əməliyyatı Suriyanın ərazi bütövlüyü çərçivəsində terror riskinin aradan qaldırılmasına, qaçqınların öz evlərinə qayıtmasına, humanitar problemlərin həll edilməsinə, sülh və sabitliyin təmin edilməsinə xidmət edəcək”. – deyə bəyanatda qeyd olunur.

Müəllif: Ayna.az      11 Oktyabr 2019 14:44
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin