Rusiya Azərbaycanla ticarət dövriyyəsini artırıb

Rusiya Azərbaycanla ticarət dövriyyəsini artırıb

İqtisadiyyat Naziri Şahin Mustafayev Azərbaycanla Rusiya arasındakı ticarət dövriyyəsindən danışıb

 

AYNA Rusiya KİV-nə istinadən xəbər verir ki, nazir bildirib ki, 2018-ci ildə Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 2,5 milyard ABŞ dollar olub.

 

Nazirin açıqlamasında bildirilib ki, bu ilin sonunadək bu göstərici 3 milyard dollar yüksələcək. “Bu məsələ iki ölkənin iqtisadi məsələlər üzrə hökümətlərarası əməkdaşlığından asılıdır”,-deyə nazir əlavə edib.

 

Xatırladaq ki, az əvvəl “Rosatoma”nın icraçı direktoru Aleksey Lixaçov Rusiya Federasiyası lideri Viladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyevin görüşünün nəticəsi olaraq bəyan etmişdi ki, Rusiya Azərbaycanda AES tikməyi təklif edib.

 

 

 

 

Müəllif: Raminə Eyvazqızı      6 Oktyabr 2019 00:34
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin