Əsas səhifə Haqqımızda Xəbər lenti

Məşhur istirahət zonasında şaqqalanmış cəsəd tapılıb

Məşhur istirahət zonasında şaqqalanmış cəsəd tapılıb

Cəsədi ərazidə qoyun otaran çobanlar tapıb və polisə xəbər veriblər

 

Türkiyənin Antalya şəhərinin Qorqudeli bölgəsindəki meşələrin birində, ortadan şaqqalanmış qadın cəsədi tapılıb. AYNA Türkiyə mətbuatına istinadən xəbər verir ki, beldən yuxarı nahiyəsi olmayan cəsədin şəxsiyyətini təyin etmək üçün araşdırmalara başlanılıb.

 

Cəsədi ərazidə qoyun otaran çobanlar tapıb və polisə xəbər veriblər. Əraziyə gələn polislər, vəhşi heyvanlar tərəfindən parçalandığı ehtimal edilən qadına məxsus bir sıra əşyalar aşkarlayıblar.

 

Cəsədə aid olduğu ehtimal edilən boyunbağı, üzük, qızıl sırğa və ayaqqabı istintaqa təhvil verilib.

Müəllif: Ayna.az      2 Oktyabr 2019 20:08
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin