Paytaxt və bölgələrdə yanğın təlaşı

Paytaxt və bölgələrdə yanğın təlaşı

Hadisə yerlərinə FHN əməkdaşları cəlb olunub

 

Masallı rayonunun Sərçuvar kəndində ümumi sahəsi 96 m² olan talvarın yanar konstruksiyaları 45 m² sahədə və altına yığılan 16 ton ot bağlamasının 9 tonu yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, talvarın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Qəbələ rayonunda da yanğın olub. Ümumi sahəsi 56 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Daha bir yanğın hadisəsi Bakı şəhərinin Nizami rayonunda baş verib. Ümumi sahəsi 4 m² olan gözətçi otağının yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az      26 Sentyabr 2019 10:31
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin