Əsas səhifə Haqqımızda Xəbər lenti

Bakıda avtomobilin vurduğu 25 yaşlı piyada ölüb

Bakıda avtomobilin vurduğu 25 yaşlı piyada ölüb

Həkimlərin səyinə baxmayaraq, Qurbanovanın həyatını xilas etmək mümkün olmayıb

 

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. AYNA-nın “Report”a istinadən məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

 

Avtomobil maşın bazarının yaxınlığında yolu keçən 1996-cı il təvəllüdlü Qurbanova Xəyalə Yasin qızını vuraraq, ağır xəsarət yetirib. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

 

Həkimlərin səyinə baxmayaraq, X.Qurbanovanın həyatını xilas etmək mümkün olmayıb. Hadisənin təfərrüatı araşdırılır.

Müəllif: Ayna.az      13 İyun 2021 16:13
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin