Əsas səhifə Haqqımızda Xəbər lenti

“WarGonzo”nu xatırlayırsınız: Erməni dostu idi axı, indi necə düşmənə çevrildi?

“WarGonzo”nu xatırlayırsınız: Erməni dostu idi axı, indi necə düşmənə çevrildi?

Qabrelyanova qarşı bu ittihamları irəli sürmədən əvvəl Petrosyan özünə sual verməlidir: Rusiya Azərbaycanın bu hərəkətlərini pislədimi?

 

Azərbaycanlı oxuculara tanınmış Semyon Peqovun kim olduğunu izah etməyə ehtiyac yoxdur. Bu bloger və “WarGonzo” layihəsinin müəllifi olan şəxs Rusiya mənşəli erməni Aram Qabrelyanov üçün işləyir, Qarabağdakı döyüş əməliyyatları zamanı saxta və təxribat xarakterli məlumatlar yayırdı. Əsas vəzifəsi Ermənistan ordusunun “uğurlarını” şişirtmək idi. Pegovun fəaliyyəti sayəsində erməni ictimaiyyəti Azərbaycan ordusunun Hadrutu və hətta Şuşanı azad etmədiyinə inanırdı.

 

44 günlük müharibə zamanı o, Azərbaycan Ordusunun Ermənistan-İran sərhədindəki rus sərhədçilərinə minaatanlardan atəş açması barədə yalan məlumatlar da yaydı. Bu məlumatdan sonra, Peqova istinad edən bəzi Rusiya mətbuatı tərəfindən Azərbaycana qarşı informasiya hücumu oldu. Daha sonra rəsmi qurumlar bu məlumatı təkzib etdi.

 

Məlumatlı oxucunun özü də Peqovun açıq yalanlarını tuta bilər. O qədər yalan dedi ki, özü də artıq doğrunu yalandan ayıra bilmir. Erməni ictimaiyyətini qəsdən Qarabağdakı hərbi əməliyyatların gedişatı barədə yalan ümidlərə sövq etməsinə baxmayaraq, müharibədən sonra da Peqov “Sputnik Ermənistan” agentliyi vasitəsi ilə məşhur olmağa və bu nəşrdə, müharibə zamanı qəsdən yaydığı dezinformasiyada iştirakını inkar etməyə davam etdi.

 

İndi erməni təbliğatının nümayəndələri Peqova qarşı birləşiblər. Beləliklə, Rusiyada fəaliyyət göstərən ermənipərəst “infoteka24” veb saytının redaktoru Artur Petrosyan Qabrelyanova işlədiyini bəhanə gətirərək, Peqova haqq azandırmağa çalışır, əslində isə elə blogerin də “bostanına daş atır”.

 

“Öz işinin ustaları olan bir neçə rus hərbi müxbir mənimlə söhbətində (adlarını açıqlamayacağıq) Peqovun cəbhə bölgəsindəki videolarına görə çox sayda erməni əsgərinin ölə biləcəyini söylədilər. Müharibə zamanı da kanalımızda onu artıq cəbhədən video yayımlamamağa çağırdıq”, - deyə Petrosyan yazır.

 

Lakin Petrosyanın əsas hədəfi Qabrelyanovdur. Qeyd edir ki, 10 may 2020-ci il tarixli Üçtərəfli Bəyanatda nəzərdə tutulmuş mövqeləri tutmaq üçün Azərbaycan qoşunları 12 Maydan sonra irəlilədikdə, Qabrelyanovun “WarGonzo” layihəsi “Azərbaycanın Ermənistanın suveren ərazisini işğal etməsinə” heç vaxt toxunmayıb və onu qınamayıb”.

 

Qabrelyanova qarşı bu ittihamları irəli sürmədən əvvəl Petrosyan özünə sual verməlidir: Rusiya Azərbaycanın bu hərəkətlərini pislədimi? Qabrelyanov bu məqamı dəqiq tutdu və öz maraqları naminə susdu.

 

Bundan əlavə, erməni KİV-lərinin yazdığına görə, Azərbaycanla Ermənistan arasında vəziyyətin gərginləşməsi Ermənistanın Baş naziri Nikol Paşinyanın iyunun 20-nə təyin edilmiş erkən parlament seçkiləri ərəfəsində reytinqinin aşağı salınmasına yönəlib. Və bildiyiniz kimi, Qabrelyanov açıq şəkildə Paşinyana qarşı çıxır. Petrosyanın bu barədə danışması lazım idi, ancaq səviyyəsini nəzərə alsaq, ondan dərin bir nəticə gözləməyin təbii ki, yeri yoxdur.

Müəllif: Asif Aydınlı      9 İyun 2021 22:58
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin