Salyanda güclü yanğın: rayon rəhbərliyi hadisə yerinə getdi

Salyanda güclü yanğın:    rayon rəhbərliyi hadisə yerinə getdi

Hadisə nəticəsində rayonun bəzi küçələri işıqsız qalıb

 

Salyan rayonunda elektrik paylayıcı qurğu yanıb. AYNA "Report"a iatinadən xəbər verir ki, hadisə Əli Zeynalov küçəsində qeydə alınıb.

 

Yanğının qarşısını Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri  alıb. Hadisə nəticəsində rayonun bəzi küçələri işıqsız qalıb. Rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmovun yaşadığı fərdi yaşayış evinin də işıqları sönüb.

 

Salyan Rayon İcra Hakimiyyətinin rəhbərliyi hadisə yerindədir.

Müəllif: Ayna.az      10 Sentyabr 2019 23:57
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin