Məkkəyə gedə bilməyənlər Bakıya gəlib, buranı ziyarət edirmişlər

Məkkəyə gedə bilməyənlər Bakıya gəlib, buranı ziyarət edirmişlər

Bura Məkkədən sonra yeganə yerdir ki, təkcə İslam memarlığı deyil, dünyəvi xarakter daşıyır


Qız qalasının yanında çox adam gəzib. Bu məkanı çox şəxs görüb, daxil olub və fotolar çəkdirib. Bəziləri buranı köhnə bazar, bəziləri Şirvanşahlar sarayının bir hissəsi, bəziləri də açıq səma altında muzey kimi bilir. Lakin əsl həqiqət burda çox zaman gizlədilir.


Bura Bakının " İti uclu kolonnadaları" adlanır. Kolonnada memarlıqda sütun cərgəsi və ya cərgələrinin horizontal örtük altında birləşməsinə verilən addır. Kolonnada daha çox portik və qalereya formasında tədbiq olunur. Dünyada yeganə yer məhz Bakıdadır ki, Qız qalası yanındakı kolonnada hər tərəfdən eyvanlarla və kolonnalarla əhatə olunub. Bu da müsəlmanlar üçün çox müqəddəs sayılan Məkkəni xatırladır. Bura Məkkədən sonra yeganə yerdir ki, təkcə İslam memarlığı deyil, dünyəvi xarakter daşıyır. Qədim Yunan və İslam memarlığının birliyini təcəssüm edən bu unikal tarixi abidə 1964-cü ildə arxeoloji qazıntılar zamanı aşkar edilib və bundan başqa orada 52 qəbir də aşkarlanıb ki, bu qəbirlərin bəziləri iki dəfə istifadə olunub, bəziləri isə bir neçə mərtəbədən ibarət olub.

 

Sovetlər zamanında burda olan çox abidələr dağıdıldı, çoxu xaricə daşındı. Buranın memarlıq üslubu da dəyişdirildi. Sonra işbazlar buranın müstəqilik illərində bəzi yerlərini dağıdıb biznes obyektləri yaratdılar. Böyük bir tarixi əhəmiyyəti olan kolonnada indi sıxılıb, balaca bir yer kimi qalıb. Qədimdə zəvvarlar bura ziyarətə gəlir və onun yanında olan karvansaraya qalırdılar.

 

Eyni zamanda bu kolonnada tikilən zaman Qız qalasının yanında müqəddəs Varfolomey kilsəsi, müsəlman məscidləri, yəhudilərin sinoqoqu və bütpərəstlər üçün ibadət yerləri olub.
Qəribədir ki, qədimdə müsəlman, xristian, yəhudi və büdpərəst şəxslər arasında kasıb təbəqə müqəddəs məkanlara gedə bilməyəndə Bakıya gəlib, buranı ziyarət edirmişlər və bura onlar üçün ora qədər əhəmiyyət daşıyırmış.


Bu kolonnada elə tikilib ki, qədim Məkkə kimi zəvvarlar üçün yanında karvansaray və ibadət yerləri olub. Buranın yaxınında olan mədrəsə və məscidlər də sonradan işbazların qurbanı olub. Buranın yanında 10-12 əsrlərə aid məscidlərin həyətləri satılıb, mədrəsə yerləri mağaza olub.


Hal-hazırda bu tarixi kompleks açıq havada yerləşən muzey kimi fəaliyyət göstərir və burada alban və islam dövrünə aid bütpərəstlik abidələri nümunələri nümayiş etdirilir.


Dosent Zaur Əliyev

Müəllif: Ayna.az      8 Sentyabr 2019 12:36
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin