Əsas səhifə Haqqımızda Xəbər lenti

“Azeri Light”ın qiyməti 67 dolları ötüb

“Azeri Light”ın qiyməti 67 dolları ötüb

Dünya bazarında neftin qiyməti bahalaşıb

 

Dünya birjalarında neftin qiyməti bahalaşır. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,43 dollar artaraq 67,70 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,32 dollar bahalaşaraq 64,18 dollar olub.

 

Azərbaycan neftinin də qiyməti bahalaşıb. Belə ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,75 dollar artaraq 67,07 dollar təşkil edib.

 

Qeyd edək ki, “Azeri Light” neftinin bir barelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Müəllif: Ayna.az      29 Aprel 2021 11:45
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin