Əsas səhifə Haqqımızda Xəbər lenti

Arayik Arutunyan təcili olaraq Moskvaya gedib

Arayik Arutunyan təcili olaraq Moskvaya gedib

Qarabağ terrorçusunun Rusiya xüsusi xidmət orqanları ilə görüşdüyü bildirilir

 

Dünən Qarabağ separatçılarının terrorçu başçısı Arayik Arutunyan təcili olaraq Moskvaya gedib. AYNA xəbər verir ki, bu barədə Ermənistanın "Qraparak" qəzeti öz mənbələrinə istinadən yazıb.

 

Məlumatda qeyd edilir ki, terrorçu Moskvaya Rusiya xüsusi xidmət orqanlarının çağırışı ilə səfər edib: “Rusiya xüsusi xidmət orqanları Arayik Arutunyanın Ermənistan hakimiyyətinə tabe olmasından narahatdır”.

 

“O, Moskvada rəsmi olaraq qəbul edilməyəcək. Çünki tanınmamış “respublikanın lideri”dir. Lakin Moskvada olan “prezident” xüsusi xidmət orqanlarının nümayəndələri ilə görüşəcək və onlar açıq şəkildə Arutunyana bildirəcəklər ki, Paşinyanın hər istəyinin yerinə yetirilməsi “Arsaxın” maraqları ilə bağlı deyil”, - deyə xəbərdə vurğulanıb.

 

Qəzet mənbələrinə əsasən qeyd edir ki, Arutyunyan maddi cəhətdən Ermənistan rəhbərliyindən asılıdır. Bu, xüsusən mənzil tikintisi üçün verilən vəsaitə aiddir.

 

Separatçı rejimin “mətbuat katibi” Lusine Avanesyan Arutunyanın Moskvaya gedişi ilə bağlı məlumatları şərh etməyib: “Bu anda deməyə bir sözüm yoxdur dedi”. Bu məlumatı təkzib edib-etməməsi soruşulduqda isə Avanesyan belə deyib: “Əlavə şərhə ehtiyac yoxdur”.

 

“Qraparak” yazır ki, Avanesyanın bu cavabı əslində Arutunyanın Moskvaya getdiyinin təsdiqidir.

Müəllif: Ayna.az      22 Aprel 2021 12:38
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin