Əsas səhifə Haqqımızda Xəbər lenti

Qazilərin yüksək texnologiyalı protezlərlə təminatına başlanır

Qazilərin yüksək texnologiyalı protezlərlə təminatına başlanır

Qabaqcıl dünya təcrübəsinin öyrənilməsi üçün 4 günlük təlimlərə başlanılıb

 

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində yuxarı ətrafların yüksək texnologiyalı protezlərlə təminatı sahəsində qabaqcıl dünya təcrübəsinin öyrənilməsi üçün 4 günlük təlimlərə başlanılıb. Təlimləri bu sahədə dünyanın ən qabaqcıl texnologiyaya sahib şirkəti olan İslandiyanın “ÖSSUR” şirkətinin Rusiya nümayəndəliyinin mütəxəssisləri aparır.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AYNA-ya verilən məlumata görə, agentliyin sədri Cavid Əbdul-Qədirov vurğulayıb ki, Prezident İlham Əliyevin müharibə iştirakçılarına xüsusi qayğısının təzahürü olaraq, qazilərimizlə əlaqədar geniş miqyaslı dəstək tədbirlər həyata keçirilir. Dəstək tədbirləri sırasında müharibədə yaralanmış qazilərimizin reabilitasiya xidmətləri və reabilitasiya vasitələri ilə təminatı mühüm yer tutur.

 

Agentlik sədri son iki ildə və bu ilin ilk rübündə 12 reabilitasiya və sosial xidmət müəssisəsinin əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verildiyini deyib. Qazilərə keyfiyyətli reabilitasiya xidmətləri göstərilməsi üçün müasir infrastruktur yaradıldığını və postmüharibə dövründə yüzlərlə qazinin sosial-psixoloji və reabilitasiya xidmətləri ilə əhatə olunduğunu qeyd edib. Eyni zamanda, müharibədə yaralanmış qazilərimizin mühərrikli təkərli oturacaqlarla təminatına başlanılıb.

 

Bildirilib ki, müharibə əlillərinin ötən ilin dekabrından yüksək texnologiyalı protezlərlə təminatı işləri aparılır. Artıq 16 hərbçi yüksək texnologiyalı protezlə təmin olunub və bu sahədə işlər davam etdirilir. Yaxın zamanlarda daha 12 hərbçi elektron ayaq protezi ilə təmin olunacaq.

 

Eyni zamanda, yuxarı ətrafları amputasiya olunmuş qazilərimizə də yüksək texnologiyalı protezlər veriləcək.

 

Müəssisədə yuxarı ətrafları amputasiya olunmuş qazilərimizlə görüş olub, protezin hazırlanması üçün onlardan ölçülər götürülüb.

Müəllif: Ayna.az      21 Aprel 2021 17:42
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin