Əsas səhifə Haqqımızda Xəbər lenti

Soydaşlarımızın deport təhlükəsi: Bizimkilər təzyiq hesab edir, ruslar tədbir

Soydaşlarımızın deport təhlükəsi: Bizimkilər təzyiq hesab edir, ruslar tədbir

Miqrantların geri göndərilməsi sosial, iqtisadi və kriminogen duruma ciddi təsir göstərə bilər: Bəs, nə etməli?

 

Rusiya Daxili İşlər Nazirliyi (DİN) MDB ölkələrindən gəlmiş bir milyondan çox qanunsuz miqrantın ölkəni tərk etməsini tələb edir. DİN rəhbərinin müavini Qorovoyun sözlərinə görə, əks halda qanunsuz miqrantlar qovulacaq və onlar üçün Rusiya Federasiyası ilə sərhədlər birdəfəlik bağlanacaq.

 

Rusiya DİN-in qərarı yerli vətəndaş cəmiyyətində rezonans doğurdu. Vətəndaş cəmiyyətinin nümayəndələri Rusiya hökumətinin təşəbbüsünü siyasi motivli hesab edirlər. Mirqrantların çıxarılmasına qoyulan moratorium iyunun 15-dək etibarlıdır.

 

“Göründüyü kimi, Rusiya miqrantlardan təzyiq vasitəsi kimi istifadə edir. Bu, belə ilk hadisə deyil, çünki Rusiya rəsmiləri vaxtaşırı bu cür açıqlamalar verirdilər”, - deyə iqtisadçı ekspert Samir Əliyev AYNA-ya açıqlamasında bu vəziyyətin politoloqlar tərəfindən incələnməli olduğunu bildirib.

interview.az - İqtisadçı-ekspert Samir Əliyev:

Onun sözlərinə görə, miqrantlar qismən qanunsuz yollarla Rusiyadan hər il milyardlarla dollar ixrac edirlər: “Məsələn, keçən il MDB ölkələri tərəfindən Rusiyadan göndərilən pulun miqdarı 11 milyard dolları keçdi. Bu pulun əsas hissəsi Qırğızıstan (2 milyard dollar), Tacikistan (1,9 milyard dollar) və Özbəkistana (3,9 milyard dollar) çatdı”.

 

Pul köçürmələrinin miqdarı böyükdür. Əliyev bu əsasda Rusiya hökumətinin qərarının daha çox ölkəyə, xüsusən Orta Asiya ölkələrinə ziyan vuracağı qənaətinə gəldiyini söyləyir. Ukrayna mövzusuna gəlincə, iqtisadçı düşünür ki, Kremlin qərarı yalnız mövcud məlumatlara görə, miqrantlar tərəfindən Rusiyadan ildə 800 milyon dollardan çox pul göndərilən Ukraynaya yönəlməyib.

 

“Bundan əlavə, Ukraynadan Rusiyada 152 min qaçaq miqrantın olduğu bildirilir. Çox güman ki, rezonans doğuran qərar Azərbaycan və Ermənistan da daxil olmaqla digər ölkələri də sevindirməyəcək. Keçən il miqrantlar Azərbaycana 863,2 milyon dollar, Ermənistana təxminən 800 milyon dollar göndəriblər. Bir neçə həftə əvvəl Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov miqrantların ölkə iqtisadiyyatı üçün əhəmiyyətini vurğulamışdı, amma indi Rusiya səlahiyyətlilərinin mövqeyi dəyişdi”, - deyə S.Əliyev vurğulayıb.

 

İqtisadçı ekspert Natiq Cəfərli də bu mövzuda oxşar fikirdədir. Onun AYNA-ya şərhinə görə, miqrantlarla bağlı məsələ təzyiq vasitəsidir: “Bu gün Rusiyada 7 milyona qədər miqrant var və onların 25%-i ukraynalılardır. Bu gün təxminən 2 milyon ukraynalı Rusiyada qanunsuz yaşayır. İşsizlər Ukraynaya qayıtsalar, sosial gərginliyi artıran bir element ola bilərlər”.

Gələn ilin büdcəsindən devalvasiya “qoxusu” gəlir, amma...” -

“Ancaq bu qərar bizə də təsir edəcək, müxtəlif təxminlərə görə, bu gün Rusiyada qanunsuz olaraq 120-150 minə qədər vətəndaşımız var. Geri göndərilərsə, bu, yeni bir işsizlik ordusu və ölkədə yeni bir sosial gərginlik mənbəyi yaradacaq”, - Cəfərli qeyd edib.

 

Rusiyalı politoloq, “PolitRUS” portalının rəhbəri Vitali Arkov isə AYNA-ya açıqlamasında əminliyini ifadə edib ki, Moskva işin arxasında siyasi məqsəd güdmür: “Rusiya iqtisadiyyatının həqiqətən tikinti, kommunal xidmətlər və aqrosənaye kompleksi kimi sahələrdə çox sayda əmək miqrantına ehtiyacı var. Qeyd olunan problem son zamanlarda Rusiya Federasiyası Dövlət Dumasının bir iclasında müzakirə mövzusu oldu. Digər tərəfdən Rusiya obyektiv olaraq bu məsələdə qayda-qanun yaratmağın zəruriliyini görür. Artıq bir neçə ildir ki, gəlmələrin əmək münasibətləri boz, cinayət zonasından çıxarılaraq, qanuni müstəviyə keçirilir. Bu addımlar digər məsələlərlə yanaşı, Avarasiya İqtisadi İttifaqı ölkələrindən olan əmək miqrantlarının hüquqlarını qorumaq üçün tələb olunur”.

Oxu.az - Vitali Arkov: “Ermənistanın hazırkı rəhbərliyi ifrat dərəcədə  həddini aşıb” - MÜSAHİBƏ

“Pandemiya yeni vəziyyətlər yaratdı. Yalnız rəsmi məlumatlara görə, keçən il əmək miqrantlarının ən azı 40%-i Rusiyada işini itirdi və onların heç də hamısı vətənlərinə qayıtmadı. Bəziləri özləri Rusiyada qalmağa qərar verdilər, çünki bir sıra keçmiş Sovet respublikalarında vəziyyət pandemiya dövründə olsa belə, Rusiyadan müqayisəsiz dərəcədə pis idi. Kimsə vətəninə dönə bilmədi, çünki bir sıra postsovet respublikalarının rəhbərləri kriminogen situasiyanın pisləşməsindən və etiraz əhval-ruhiyyəsinin artmasından qorxaraq, öz vətəndaşlarının geri qaytarılması işini təşkil edə bilmədilər və ya çox güman ki, istəmədilər”, - deyə analitik vurğulayıb.

 

Arkovun sözlərinə görə, keçən payızda vətənlərinə qayıtmaq istəyənlər üçün Rusiya hakimiyyəti “göndəriş” qatarları təşkil edib və Rusiya müsəlman icmaları yola çıxmağı gözləyən əmək miqrantları üçün yemək, isti paltar və hətta sığınacaq təşkil etməklə məşğul oldu: “Ancaq işini itirənlərin hamısı evə qayıtmadı. Kimsə nadir hallarda rəsmiləşdirilən tək-tək işlərlə dolandı. Təəssüf ki, kimsə cinayət yoluna qədəm qoydu. Rusiya Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, Moskvada, Sankt-Peterburqda və böyük regional mərkəzlərdə xarici vətəndaşlar tərəfindən törədilən oğurluq və soyğunların sayı kəskin artdı. Bu gün hökumət tələb edir ki, miqrantlar sanitariya və epidemioloji qaydalara riayət olunmaqla çalışsınlar. Sonuncusu xüsusilə xidmət sektoruna aiddir”.

 

Həmsöhbətimiz söyləyib ki, Rusiyaya müəyyən kvotalarla gələn əmək miqrantları vətənlərində koronavirusa qarşı məcburi aşılanmalı və bu barədə onlarda müvafiq dövlət sənədi olmalıdır: “Bununla yanaşı, digər təhlükəli xəstəliklərin olmaması haqqında bir arayış da həmçinin. Axı, indi Rusiyada kütləvi peyvəndləmə gedir. Prioritet öz vətəndaşları üçündür. Mən inanıram ki, Rusiya digər dövlətlərin vətəndaşlarını öz ərazilərində qanuni olduqları təqdirdə, peyvənd etmək iqtidarındadır”.

 

“Bu səbəbdən, 15 iyun tarixinə qədər qalan müddətdə əmək miqrantları ya işəgötürənlər vasitəsi ilə bu ölkədə müvəqqəti varlıqlarını qanuniləşdirməli və ya bürokratik prosedurlarını asanlaşdıran bir sıra qərarlardan istifadə edərək, Rusiya vətəndaşlığı alma prosesini başlamalıdırlar. Rusiya ərazisində qalaraq, bunu qanunsuz olaraq etmək istəməyən şəxslər sərhədlərini tərk etmək məcburiyyətində qalırlar, əks halda deportasiya ediləcəklər. Bu, ümumiyyətlə qəbul edilmiş dünya təcrübəsidir. Sonda, pandemiya fonunda əmək miqrantlarının Rusiyaya gəldikləri əksər dövlətlər, əcnəbilərin, o cümlədən rusların öz ərazilərinə girişini ciddi şəkildə məhdudlaşdırdı”, - deyə analitik fikrini yekunlaşdırıb.

Müəllif: Tanya Samsonova      22 Aprel 2021 13:22
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin