Jurnalistlərin Prezidentə müraciəti nəticə verdi – Mənzillərə çıxarış hazırlanır

Jurnalistlərin Prezidentə müraciəti nəticə verdi –     Mənzillərə çıxarış hazırlanır

Komitə: Mənzillərin çıxarışları yaxın günlərdə media nümayəndələrinə təqdim olunacaq

 

Jurnalistlər üçün inşa edilmiş ikinci binada yerləşən mənzillərə dair çıxarışlar (“kupça”) yaxın günlərdə media nümayəndələrinə təqdim ediləcək. Bu barədə AYNA-ya Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat verilib.

 

Məlumatda bildirilir ki, Prezident İlham Əliyevin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 22 iyul tarixli Sərəncamı ilə jurnalistlər üçün inşa edilmiş və onların mülkiyyətinə verilmiş ikinci binada yerləşən mənzillərə dair çıxarışlar Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən yaxın günlərdə səyyar mobil qeydiyyat xidməti çərçivəsində həmin binanın həyətində media nümayəndələrinə təqdim ediləcək.

 

Qeyd edək ki, son günlər “Jurnalistlər binası” kimi tanınan yaşayış kompleksinin ikinci binasının sakinləri etiraz edirlər. Jurnalistlər Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunu (KİVDF) “kupça”ların verilməsini qəsdən yubatmaqda ittiham edirlər.

Müəllif: Ayna.az      5 Sentyabr 2019 16:52
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin