Əsas səhifə Haqqımızda Xəbər lenti

Ermənistan müxalifətinin liderinə cinayət işi açılıb

Ermənistan müxalifətinin liderinə cinayət işi açılıb

Vazgen Manukyan İstintaq Komitəsində dindirilib, onun ölkədən çıxmaması barədə qərar qəbul edilib

 

Ermənistan müxalifətinin “Vətənin Qurtuluşu” Hərəkatının lideri, Baş nazir vəzifəsinə namizəd Vazgen Manukyan İstintaq Komitəsində dindirilib. AYNA erməni mediasına istinadən bildirir ki, Manukyan barədə cinayət işi açılıb, o əsasda İstintaq Komitəsində dindirilməsi həyata keçirilib.

 

İstintaq Komitəsinin açıqladığı məlumatda qeyd edilib ki, Manukyan qurumun Xüsusi Mühüm İşlər Baş İdarəsinə dəvət edilib və 2021-ci il fevralın 12-də və 20-də İrəvanda Azadlıq meydanındakı mitinqlərində işlətdiyi ifadələrlə əlaqədar dindirilib.

 

Müxalifət liderinə cinayət işi hakimiyyəti ələ keçirmək, Konstitusiya quruluşunu zorla dəyişdirmək və zor tətbiq etmək çağırışlarına dair açıq iddialar ilə başladılıb. Onun haqqında ölkəni tərk etməmək barədə qərar qəbul edilib. İlkin istintaq davam edir.

 

Manukyan İstintaq Komitəsinin ona qarşı cinayət işi başlatmasını siyasi təqib kimi qiymətləndirib: “Bu ümumi bir siyasi təqibdir, ciddi bir məsələ deyil. Onlara sübut verməyəcəm”, - deyə Manukyan jurnalistlərə bildirib.

Müəllif: Ayna.az      4 Mart 2021 14:52
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin