Əsas səhifə Haqqımızda Xəbər lenti

Putindən tapşırıq: “Onlara qarşı amansız olun!”

Putindən tapşırıq: “Onlara qarşı amansız olun!”

Rusiya Prezidenti sərxoş vəziyyətdə avtomobil idarə edənlərə qarşı mübarizənin gücləndirilməsini tələb edib

 

Rusiya Prezidenti Vladimir Putin ölkənin Daxili İşlər Nazirliyinə və ümumilikdə hüquq-mühafizə orqanlarına sərxoş sürücülərlə bağlı tapşırıq verib. AYNA Rusiya mediasına istinadən bildirir ki, Putin hüquq-mühafizə orqanlarından tələb edib ki, sərxoş halda avtomobil idarə edənlərə qarşı mübarizə amansız olsun.

 

"Qəzada mümkün qədər az itki olmasını təmin etmək üçün səylərinizi artırmalısınız. Piyadaların təhlükəsizliyini təmin etmək naminə, avtomobil idarə edərkən sərxoş olan sürücülərlə amansız mübarizə aparın. Bunun üçün əlinizdən gələni etməyinizi xahiş edirəm", - deyə dövlət başçısı bildirib.

 

Prezident təhlükəsizlik qüvvələri də daxil olmaqla, bütün hökumət qurumlarından yüksək səmərəli fəaliyyət gözlədiyini deyib.

 

Müəllif: Ayna.az      3 Mart 2021 18:49
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin