Əsas səhifə Haqqımızda Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 65,66 dollar təşkil edib

 

Dünya birjalarında neftin qiyməti ucuzlaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,59 dollar geriləyərək 63,10 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,58 dollar ucuzlaşaraq 60,06 dollar olub.

 

Azərbaycan neftinin də qiyməti ucuzlaşıb. “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,30 dollar ucuzlaşaraq 65,66 dollar təşkil edib.

 

Qeyd edək ki, “Azeri Light” neftinin bir barrelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Müəllif: Ayna.az      2 Mart 2021 11:39
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin