Əsas səhifə Haqqımızda Xəbər lenti

Nikola Sarkoziyə hökm oxunub: üç il həbs

Nikola Sarkoziyə hökm oxunub: üç il həbs

Sabiq Prezident bir ili həbsxanada keçirəcək

 

Paris məhkəməsi Fransanın sabiq Prezidenti Nikola Sarkoziyə hökm oxuyub. AYNA xarici mediaya istinadən bildirir ki, Sarkozi korrupsiya və nüfuz ticarəti iddiası əsasında üç il müddətinə həbs cəzasına məhkum edilib.

 

Üç illik cəzanın iki ili ləğv edilsə də, sabiq Prezidentin bir ili həbsxanada keçirəcəyi dəqiqləşib.

 

Bu iş üzrə daha iki müttəhim - Sarkozinin keçmiş vəkili Terri Erzoq və Konstitusiya Məhkəməsinin keçmiş hakimi Gilbert Azibert - peşə sirrini açıqlamaqda təqsirli bilinərək eyni şərtlərlə cəzaya məhkum ediliblər.

Müəllif: Ayna.az      1 Mart 2021 17:59
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin