Əsas səhifə Haqqımızda Xəbər lenti

Türkiyədə daha 78 nəfər koronavirusdan ölüb

Türkiyədə daha 78 nəfər koronavirusdan ölüb

Koronavirus can almağa davam edir 

 

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 78 nəfər vəfat edib.

 

AYNA-nın xəbərinə görə, Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz açıqlamasında bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 8104 nəfər COVID-19 infeksiyasına yoluxub.

 

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 5690, ağır xəstələr isə 1189 nəfər olub.

 

Qeyd edək ki, Türkiyədə indiyədək 2 646 526 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 529 450 nəfər sağalıb, 28 138 nəfər isə həyatını itirib.

Müəllif: Ayna.az      23 Fevral 2021 00:38
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin