Əsas səhifə Haqqımızda Xəbər lenti

Masallıda yol qəzası

Masallıda yol qəzası

2-si azyaşlı olmaqla 5 nəfər xəsarət alıb

 

Masallı rayonunda yol-nəqliyyat hadisəsi baş verib. AYNA-nın APA-ya istinadən məlumatına görə, hadisə Masallı rayonunun Təklə kəndi ərazisində qeydə alınıb.

 

Həmin kəndin sakini Ümid Zahid oğlu Tağıyevin idarə etdiyi "Hyundai" markalı 99-ZO-994 dövlət qeydiyyat nişanlı avtomobil ilə Çaxırlı kənd sakini, Namiq Cəfərovun idarə etdiyi "VAZ-2106" markalı 44-CA-448 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.

 

Qəza nəticəsində "VAZ-2106" markalı avtomobildə olan 5 nəfər - sürücü, 1973-cü il təvəllüdlü Namiq Cəfərov, sərnişinlər, 1962-ci il təvəllüdlü Əhliman Kərimov, 1995-ci il təvəllüdlü Leyla Kərimova, 2017-ci il təvəllüdlü Aylin Kərimova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Xəsarət alanlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan biri qadın, ikisi kişi, ikisi isə uşaqdır.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az      8 Fevral 2021 07:11
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin