Əsas səhifə Haqqımızda Xəbər lenti

Şagirdlərin qiymətləndirilməsi forması açıqlanıb

Şagirdlərin qiymətləndirilməsi forması açıqlanıb

“Təhsilin distant formada keçməsi səbəbindən qiymətləndirmə də bu formada aparılacaq”

 

“Təhsilin distant formada keçməsi səbəbindən qiymətləndirmə də bu formada aparılacaq”. AYNA xəbər verir ki, bu sözləri xüsusi karantin rejimi dövründə məktəbdaxili qiymətləndirmənin müvəqqəti qaydaları barədə danışan Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu bildirib.

 

Onun sözlərinə görə, şagirdlərin yarımil ərzində yaxşı dərs öyrənmədiyi məlumdur: “Məktəbdaxili qiymətləndirmə gözlənilməz olmayıb. Uşaqların biliklərinin qiymətləndirilməsi o anlama gəlmir ki, onlardan yüksək nəticə gözləyirik. Bütün dünyada təhsillə bağlı göstəricilər aşağı düşüb. Biz nə ilə qarşılaşacağımızı bilirik. Lakin bunu ölçmək üçün qiymətləndirmə vacibdir. Qiymətləndirmə hər bir akademik öyrənmənin göstəricinin nəticəsidir, bu, imtahan deyil”.

Müəllif: Ayna.az      21 Yanvar 2021 17:22
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin