Əsas səhifə Haqqımızda Xəbər lenti

Azərbaycanda son sutkada 33 nəfər COVID-19-dan vəfat edib

Azərbaycanda son sutkada 33 nəfər COVID-19-dan vəfat edib

Daha 421 nəfər virusa yoluxub, 3645 nəfər sağalıb, 33 nəfər vəfat edib

 

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 421  yeni yoluxma faktı qeydə alınıb, 3645 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 33 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 219 462 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 191 925 nəfər müalicə olunaraq sağalıb, 2703 nəfər vəfat edib, aktiv xəstə sayı 27 834 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4287, ötən müddət ərzində isə ümumilikdə 2 204 22 6 test aparılıb.

Müəllif: Ayna.az      2 Yanvar 2021 17:04
Aktual bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin