Əsas səhifə Haqqımızda Xəbər lenti

Ağstafada karantin rejimini pozan kafe aşkarlanıb

Ağstafada karantin rejimini pozan kafe aşkarlanıb

Polis əməkdaşları dərhal kafenin fəaliyyətini dayandırıb

 

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Ağstafa rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tədbirləri davam etdirir.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, RPŞ-nin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı şəhər ərazisində “Əriklik” adlı kafenin gizli şəkildə fəaliyyət göstərməsini aşkarlayıb. Polis əməkdaşları dərhal kafenin fəaliyyətini dayandırıb.

 

Obyektin sahibi Elçin Əkbərov barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib, müştərilər barəsində qanunamüvafiq tədbir görülüb.

 

Ağstafa rayon Məhkəməsinin qərarı ilə E. Əkbərov 5 sutka inzibati həbs edilib.

Fotoları təqdim edirik
Müəllif: Ayna.az      17 Dekabr 2020 22:19
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin