Əsas səhifə Haqqımızda Xəbər lenti

Əhaliyə hava xəbərdarlığı edildi

Əhaliyə hava xəbərdarlığı edildi

Dekabrın 5-dən 8-i gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcək

 

Azərbaycanda dekabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, lakin gecə və səhər çiskinli olacağı gözlənilir.

 

Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 5-7, gündüz 7-9 dərəcə isti olacaq.

 

Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 70-80 faiz olacaq.

 

Dekabrın 5-də Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə duman olacağı, bəzi şərq rayonlarında intensiv olacağı gözlənilir. Şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 2-6, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

 

Tibbi-meteoroloji proqnoza gəlincə, dekabrın 5-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 

Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq edir ki, dekabrın 5-dən 8-i gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 2-4 dərəcə aşağı enəcək.

Müəllif: Ayna.az      4 Dekabr 2020 17:14
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin