Əsas səhifə Haqqımızda Xəbər lenti

Daha bir erməni deputat “Mənim addımım”dan istefa verdi

Daha bir erməni deputat “Mənim addımım”dan istefa verdi

İstefa verən deputat Birinci Qarabağ müharibəsində məhv edilən terrorçu Mexakyanın oğludur

 

Ermənistanda hakim “Mənim adımım” parlament fraksiyasından olan daha bir deputat Arqişti Mexakyan istefa verib. AYNA erməni mətbuatına istinadən bildirir ki, deputat istefasını “Facebook” səhifəsində elan edib.

 

Mexakyan deyib ki, bundan sonra Armavir bölgəsinin qubernator köməkçisi olaraq fəaliyyətinə davam eedəcək.

 

Deputat Qarabağdakı məğlubiyyəti şəxsi faciə kimi qəbul etdiyini və mövcud həqiqətlərlə barışa bilməyəcəyini qeyd edib: “Mövcud vəziyyətin yaratdığı çətinliklərin öhdəsindən gəlmək üçün deputat mandatının resurslarını yetərsiz hesab edirəm. Buna görə də, mandatımdan imtina qərarına gəldim. Ancaq əmin etmək istəyirəm ki, əvvəlki kimi vətən və xalqın mənafelərini qorumaq üçün səylərimi əsirgəməyəcəyəm”.

 

Qeyd edək ki, deputatın atası, ermənilərin əsas terrorçularından olan Mexak Mexakyan Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu tərəfindən məhv edilib. Düşmən işğal etdikləri Azərbaycanın Cəbrayıl şəhərinin adını terrorçunun şərəfinə Mexakavan olaraq dəyişdirmişdi.

 

Xatırladaq ki, Qarabağla bağlı üçtərəfli bəyanatdan sonra Ermənistan Baş naziri Nikol Paşinyana qarşı etirazlar başlayıb. Onun rəhbəri olduğu “Mənim addımım” parlament fraksiyasından bir neçə deputat etiraz əlaməti olaraq mandatdan imtina edərək, istefaya gediblər.

 

Müəllif: Ayna.az      4 Dekabr 2020 14:39
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin