Əsas səhifə Haqqımızda Xəbər lenti

KTMT-nin hərbçilərinin yerləşdirilməsi planına dəyişiklik ediləcək

KTMT-nin hərbçilərinin yerləşdirilməsi planına dəyişiklik ediləcək

Sergey Şoyqu: “Qarşıdakı dövr üçün hərbi komponentin inkişaf istiqamətləri də müəyyən edilib”

 

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) mövcud hərbi-siyasi vəziyyəti nəzərə alaraq qüvvələrinin operativ yerləşdirilməsi planına dəyişiklik edəcək. AYNA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə KTMT ölkələrinin Müdafiə Nazirləri Şurasının iclasından sonra Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.

 

“Təşkilatın sərhədlərindəki hərbi-siyasi vəziyyəti, həmçinin hərbi xarakterli kollektiv təhlükəsizliyə yönələn çağırışlara və təhdidlərə qarşı birgə mübarizə təkliflərini ətraflı müzakirə etdik. Müasir reallıqları nəzərə alaraq kollektiv sürətli reaksiya qüvvələrinin operativ yerləşdirilməsi planının sənədlərinə yenidən baxmağa qərar verdik”, - deyə Şoyqu qeyd edib.

 

Rusiyanın müdafiə naziri bildirib ki, qarşıdakı dövr üçün hərbi komponentin inkişaf istiqamətləri də müəyyən edilib.

 

Müəllif: Ayna.az      1 Dekabr 2020 16:20
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin