İsraillilərlə fələstinlilər arasında yenə qan tökülüb

İsraillilərlə fələstinlilər arasında yenə qan tökülüb

İki müsəlman yeniyetmə qətlə yetirilib, israilli polislər isə yaralanıb

 

İsrail polisi iki fələstinli yeniyetməni qətlə yetirib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, fələstinli uşaqlarla İsrail polisləri arasında qarşıdurma baş verib.

 

İsrailin “Tzedek” xəstəxanasından polislərin vəziyyətinin ağır olduğu bildirilib. Fələstin Səhiyyə Nazirliyi də faktı təsdiqləyib.

 

Sosial media və İsrail TV-lərində yayımlanan görüntülərdə, Əl-Əqsa məscidinin giriş qapısında dayanan polislərə yaxınlaşan iki gəncin polisləri bıçaqladığı əks olunub. Hadisəyə səbəb kimi İsrail polislərinin müsəlmanla qarşıdurmaya girməsi göstərilib. 

 

Qeyd edək ki, İsrail və Fələstin arasında yaranan düşmənçiliyin əsası, İsrailin 1967-ci ildə Fələstin torpaqlarına aid olan Qərbi Şəriyə və Şərqi Qüds şəhərlərini işğal etməsindən sonra başlayıb. 

 

Fələstinlilər Şərqi Qüdsü gələcəkdə müstəqil Fələstin dövlətinin paytaxtı kimi görürlər. İsrail isə dünyaya bütün şəhəri öz paytaxtı qəbul etdirmək istəyir.

 

Müəllif: Ayna.az      16 Avqust 2019 12:00
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin