Əsas səhifə Haqqımızda Xəbər lenti

“Sivasspor” “Qalatasaray”a öz meydanında uduzub

“Sivasspor” “Qalatasaray”a öz meydanında uduzub

Türkiyə Super Liqasında VIII turun son oyunları keçirilib

 

Türkiyə Super Liqasında VIII turun son oyunları keçirilib. AYNA-nın Apasport.az saytına istinadən məlumatına görə, axırıncı pillədə qərarlaşan “Ankaragücü” mövsümün sürpriz komandası olan debütant “Fatih Karagümrük”ü öz meydanında büdrədib.

 

Çempionatda ardıcıl 3 qələbəsi olan “Başakşəhər” son 3 matçda qalibiyyət üzü görməyən “Gənclərbirliyi”ni qəbul edib. Qonaqlar görüşə qolla başlasa da, “Başakşəhər” əzmkar qələbə qazanmağa müvəffəq olub.

 

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Sivasspor” doğma arenasında “Qalatasaray”la qarşılaşıb. Rəqibindən üstün oyun nümayiş etdirən İstanbul təmsilçisi aktivinə növbəti 3 xalı yazdırıb.

 

Türkiyə Super Liqası

VIII tur

8 noyabr

“Ankaragücü” – “Fatih Karagümrük” – 2:2

Borven, 27 (pen.), Güral, 90+1 – Sobieç, 15, Roko, 35

“Yeni Malatyaspor” – “Dənizlispor” – 2:0

Kanatsızkuş, 7, Akua, 17

“Başakşəhər” – “Gənclərbirliyi” – 2:1

Qulbrandsen, 80, Mehmet Topal, 90+4 – Yılmaz, 1

“Kayserispor” – “Hatayspor” – 0:1

Diuf, 64

“Sivasspor” – “Qalatasaray” – 1:2

Osmanpaşa, 77 - Belhanda, 19, Arda Turan, 48

Müəllif: Ayna.az      9 Noyabr 2020 03:51
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin