Əsas səhifə Haqqımızda Xəbər lenti

Müdafiə Nazirliyi: “Arsenalımızda kifayət qədər zirehli texnikamız var”

Müdafiə Nazirliyi: “Arsenalımızda kifayət qədər zirehli texnikamız var”

"Yayılan məlumatın reallıqla heç bir əlaqəsi yoxdu"

 

Ermənistan müdafiə nazirliyi rəsmisinin guya döyüşlərdə Azərbaycan Ordusunun xeyli sayda zirehli və avtomobil texnikasını itirməsi ilə bağlı səsləndirdikləri fikirlər onun əməliyyat şəraitindən tam xəbərsiz olmasının göstəricisidir.

 

Bu barədə AYNA-ya Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

 

"Yayılan məlumatın reallıqla heç bir əlaqəsi yoxdur və qorxu içində olan erməni cəmiyyətini sakitləşdirmək məqsədilə hazırlanmış dezinformasiyadır. Hansı tərəfin nə qədər döyüş texnikasının məhv edildiyini və nə qədər qaldığını təyin etmək üçün Azərbaycan Müdafiə Nazirliyinin təqdim etdiyi videoları izləmək kifayətdir.

 

Ordumuzun arsenalında düşmənə zərbə endirməyə yetərincə zirehli texnika var və onlar relyefə, əməliyyat şəraitinə, müxtəlif taktiki üsul və metodlara uyğun komandanlığın qərarına əsasən tətbiq edilir" deyə, məlumatda qeyd olunub.

Müəllif: Ayna.az      24 Oktyabr 2020 00:27
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin