Əsas səhifə Haqqımızda Xəbər lenti

DİN düşmən təxribatı ilə bağlı əhaliyə xəbərdarlıq edib

DİN düşmən təxribatı ilə bağlı əhaliyə xəbərdarlıq edib

“Düşmənin məkrli olduğunu unutmayaq”

 

Daxili İşlər Nazirliyi (DİN) əhaliyə çağırış edib. DİN-nin Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, Ermənistan terror siyasəti yürüdən dövlət olaraq ayrı-ayrı vaxtlarda ölkəmizin ərazisində 30-dan çox terror aktı təşkil edib.

 

“Odur ki, gördüyünüz, rastlaşdığınız şübhəli əşyalara toxunmayın, bu barədə dərhal “102” Xidmətini və ya yaxınlıqda xidmət aparan polis əməkdaşlarını məlumatlandırın. Düşmənin məkrli olduğunu unutmayaq. Vahid məqsəd uğrunda günbəgün sıxlaşan cərgələrimizlə Qələbə gününü daha da yaxınlaşdıraq. Qarabağ Azərbaycandır!”, - deyə çağırışda qeyd edilib.

Müəllif: Ayna.az      23 Oktyabr 2020 11:04
Aktual bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin