Ermənilər Gədəbəy və Tovuzu atəşə tutub – RƏSMİ

Ermənilər Gədəbəy və Tovuzu atəşə tutub –     RƏSMİ

Düşmən döyüş mövqelərimizə iriçaplı silahlardan atəş açıb

 

Ermənistan Azərbaycanla dövlət sərhədində də vəziyyəti gərginləşdirməyə cəhd göstərib. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

 

Oktyabrın 18-də saat 00.05-dən 04.00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonu istiqamətindən Gədəbəy rayonu, Berd rayonu istiqamətindən isə Tovuz rayonu ərazisindəki Azərbaycan Ordusunun döyüş mövqelərini iriçaplı silahlardan atəşə tutub.

Müəllif: Ayna.az      18 Oktyabr 2020 10:48
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin