Əsas səhifə Haqqımızda Xəbər lenti

Polis komendant saatı ilə bağlı tədbirlər keçirir

Polis komendant saatı ilə bağlı tədbirlər keçirir

İcazəsi olmayan şəxslər barədə qanunvericliyin tələblərinə uyğun olaraq tədbir görülür

 

Azərbaycanda komendant saatının tətbiq olunduğu şəhər və rayonlarda polis əməkdaşları Daxili Qoşunların hərbi qulluqçuları ilə birgə saat 21:00-dan ertəsi gün 06.00-dək xidmət aparır.  

 

Daxili İşlər Nazirliyindən (DİN) AYNA-ya verilən məlumata görə, komendant saatının tətbiq olunduğu müddətdə piyadaların, sürücü və sərnişinlərin sənədləri yoxlanılır, avtomobillərin yük yerinə baxış keçirilir.

 

Hərəkətinə müvafiq icazəsi olmayan şəxslər barədə qanunvericliyin tələblərinə uyğun olaraq tədbir görülür.

Müəllif: Ayna.az      1 Oktyabr 2020 18:03
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin