Əsas səhifə Haqqımızda Xəbər lenti

Leykemiyalı uşaqlarla bağlı layihə həyata keçiriləcək

Leykemiyalı uşaqlarla bağlı layihə həyata keçiriləcək

Mehriban Bağırova: “Layihədə 30 nəfər 18-30 yaş arası könüllülər iştirak edəcək”

 

“2020-ci il Azərbaycan Respublikası Prezidenti tərəfindən “Könüllü ili” elan edilib. Azərbaycan xalqı əsrlər boyu xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız kömək ənənələrini yaşatmışdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hokumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən “Epidemiyaların nəticələrinin aradan qaldırılması, o cümlədən pandemiyadan zərər çəkmiş leykemiyalı uşaqlara müvafiq yardımların göstərilməsi ilə bağlı könüllülərin bilik və bacarıqların artırılmasına dair resurs - təlim mərkəzinin yaradılması” adlı layıhə maliyyələşdirilib”.

 

Bunu AYNA-ya açıqlamasında “Leykemiya ilə mübarizə” İctimai Birliyinin sədri Mehriban Bağırova deyib. O, layihə çərçivəsində COVID-19 pandemiyası dövründə zərər çəkmiş leykemiyalı uşaqların psixo-sosial durumunun yaxşılaşdırılmasına dair və tibbi zəruriyyətini təmin etmək üçün könüllülərin bilik və bacarıqlarının artırılmasına dair resurs-təlim mərkəzi yaradılacağını vurğulayıb: “Gənc könüllülər leykemiyalı (qan xərçəngi) uşaqların və onların ailə üzvlərinin üzləşdiyi problemlərinin həllinə daha savadlı yanaşaraq zərəri aradan qaldırmış olacaqlar. Könüllülər üçün Bakıda yaradılan onlayn resurs-təlim mərkəzinə Fövgəladə Hallar Nazirliyinin, Psixologiya Mərkəzinin və TƏBİB-in mütəxəsisləri dəvət olunmaqla könüllülərə bilik və bacarıqlar aşılanacaq.”

 

“COVID-19 pandemiyası zamanı problemlərin araşdırılmasından sonra leykemiyalı uşağı olan ailələrə psixo-sosial və tibbi yardımlar göstəriləcək və ailələrə dəyən zərər aradan qaldırılacaq. Cəlb olunan gənc könüllülər daha savadlı şəkildə xüsusi qayğıya ehtiyacı olan vətəndaşlara yardım edəcəklər. Könüllülərin mövcud vəziyyətə uyğun onlayn Təlim Tədris Mərkəzi gələcəkdə isə davamlı olaraq canlı istifadə üçün Resurs Mərkəzi yaradılacaq. Təlim keçmiş könüllülər təlimçi kimi yetişdiriləcək. Layihədə 30 nəfər 18-30 yaş arası könüllülər iştirak edəcək”, - deyə Bağırova əlavə edib. 

Müəllif: Ayna.az      29 Sentyabr 2020 15:05
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin