Əsas səhifə Haqqımızda Xəbər lenti

Prokurorluq Yusif İldırımzadənin qaynının qətli ilə bağlı məlumat yayıb

Prokurorluq Yusif İldırımzadənin qaynının qətli ilə bağlı məlumat yayıb

Əməliyyat-axtarış tədbirləri davam etdirilir

 

Sentyabrın 24-də saat 16 radələrində paytaxtın Nərimanov rayonu ərazisində 1948-ci il təvəllüdlü Tağıyev Tahir Abbas oğlunun yaşadığı evdə üzərində kəsilmiş-deşilmiş bədən xəsarətləri olan meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Bu barədə AYNA-ya Nərimanov Rayon prokurorluğundan məlumat verilib. 

 

Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən təxirəsalınmaz prosessual hərəkətlər yerinə yetirilib.

 

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə)  maddəsi ilə cinayət işi başlanıb.

 

Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Qeyd edək ki, qətlə yetirilən T.Tağıyev Xətai rayonunun keçmiş prokuroru Yusif İldırımzadənin qaynıdır.

Müəllif: Ayna.az      24 Sentyabr 2020 20:23
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin