Əsas səhifə Haqqımızda Xəbər lenti

Əhali qazın güzəştli limit həddini keçib

Əhali qazın güzəştli limit həddini keçib

“Azəriqaz” illik güzəştli limitdən istifadəyə dair statistikanı açıqlayıb

 

“Azəriqaz” İstehsalat Birliyi bu ilin yanvar-iyul aylarında əhali abonentlərinin illik güzəştli limitdən istifadəsinə dair statistik göstəriciləri açıqlayıb.

 

“Azəriqaz”dan AYNA-ya verilən məlumata görə, avqust ayının 1-nə olan məlumata əsasən, qeydiyyatda olan 2 milyon 290 min 987 əhali abonentinin cəmi 7,05 faizi illik hər kubu 10 qəpikdən satılan 2200 kubmetrlik güzəştli limit həddini keçib. Bu da say etibarilə 161 min 574 abonent deməkdir. Yerdə qalan 2 milyon 129 min 413 abonent (ümumi əhali abonentlərinin 92,95 faizi) qazdan güzəştli limit daxilində istifadə edib.

 

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən Tarif (qiymət) Şurasının 2019-cu il aprelin 30-da keçirilmiş iclasında əhali üzrə təbii qazın aşağı tariflə (hər kubmetrə görə 10 qəpik) illik istehlak həcmi 1700 kubmetrdən 2200 kubmetrədək artırılıb. Bu qərardan sonra təbii qazı aşağı tariflə istehlak edən əhali abonentlərinin xüsusi çəkisi 70 faizdən 85 faizədək artıb.

Müəllif: Ayna.az      10 Sentyabr 2020 14:35
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin