Əsas səhifə Haqqımızda Xəbər lenti

Türkiyəni qanunsuz yollarla tərk etmək istəyən 83 miqrant saxlanılıb

Türkiyəni qanunsuz yollarla tərk etmək istəyən 83 miqrant saxlanılıb

Aralarında qadınların və uşaqların da olduğu miqrantlar aidiyyəti qurumlara təhvil veriliblər

 

Türkiyənin Muğla vilayətinin Datça rayonunda ölkə ərazisini qanunsuz yollarla tərk etmək istəyən 83 miqrant saxlanılıb.

 

AYNA xəbər verir ki, Türkiyənin Sahil Mühafizə Xidmətinin əməkdaşları tərəfindən saxlanılan miqrantların üç rezin qayıqla Yunanıstana keçmək istədikləri müəyyən edilib.

 

Aralarında qadınların və uşaqların da olduğu miqrantlar tibbi müayinədən keçirildikdən sonra aidiyyəti qurumlara təhvil veriliblər.

Müəllif: Ayna.az      14 Avqust 2020 22:51
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin