Azərbaycanda reanimasiyadakı COVID-19 xəstələrinin sayı azalıb

Azərbaycanda reanimasiyadakı COVID-19 xəstələrinin sayı azalıb

Hazırda 44 nəfər isə süni tənəffüs cihazına qoşuludur

 

Azərbaycanda son 24 saatda koronavirusla bağlı daha 7 520 nəfər test edilib. TƏBİB-dən AYNA-ya verilən məlumata görə, indiyədək  ölkədə 812 033  nəfər koronavirusa qarşı test edilib. Ölkədə son sutka ərzində 91 yeni yoluxma, 3 ölüm qeydə alınıb.

 

Qeyd edək ki, indiyədək ölkəmizdə 33 915  nəfər virusa yoluxub, 500 nəfər  ölüb, 31 269  nəfər isə sağalıb. Son sutka ərzində 211 nəfərin müalicəsi başa çatdığı üçün evə buraxılıb. Hazırda müalicəsi davam edən xəstələrin sayı  2 146 nəfərdir.

 

Məlumata görə, hazırda reanimasiyada 213 nəfər müalicə alır, 44 nəfər isə süni tənəffüs cihazına qoşulub.

Müəllif: Ayna.az      13 Avqust 2020 23:38
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin