Beqoviç “Fənərbağça” ilə anlaşıb

Beqoviç “Fənərbağça” ilə anlaşıb

Qapıçı 2019/2020 mövsümünün ilk dövrəsini icarə əsasında “Qarabağ”da keçirib

 

“Qarabağ”ın sabiq qapıçısı Asmir Beqoviç karyerasını Türkiyədə davam etdirməyə yaxındır. AYNA bildirir ki, müqavilə ilə İngiltərənin “Bornmut” klubuna məxsus olan qolkiper İstanbul təmsilçisi “Fənərbağça” ilə anlaşıb.

 

Bosniya və Herseqovina millisinin üzvü və “Bornmut”la hərtərəfli razılıq əldə olunduğu bildirilir.

 

Qeyd edək ki, Asmir Beqoviç 2019/2020 mövsümünün ilk dövrəsini icarə əsasında “Qarabağ”da keçirib, daha sonra İtaliyanın “Milan” klubunun formasını geyinib.

Müəllif: Ayna.az      13 Avqust 2020 10:01
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin