İranda daha 216 nəfər koronavirusun qurbanı olub

İranda daha 216 nəfər koronavirusun qurbanı olub

İranda son 24 saat ərzində 216 nəfər COVID-19-dan ölüb

 

İran İslam Respublikasında virusdan ölənlərin sayı 16 min 982 nəfərə çatıb. AYNA xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Lari məlumat verib. 

 

“Bundan əlavə, sutka ərzində daha 2 min 888 İran vətəndaşı koronavirusa yoluxub. 2 min 678 nəfər isə sağalaraq evə buraxılıb”, - deyə Lari vurğulayıb.

 

Nazirlik sözçüsü ölkə daxilində virusa yoluxanların sayının 306 min 752-ə yüksəldiyini, onlardan 4 min 11 nəfərinin vəziyyətinin isə ağır olduğunu deyib: “Bu günə qədər 265 min 830 nəfər isə virusa qalib gəlib”.

Müəllif: Ayna.az      1 Avqust 2020 19:57
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin