Yaponiyada koronavirusa rekord yoluxma

Yaponiyada koronavirusa rekord yoluxma

Koronavirusa yoluxanların sayının 37 100 nəfərə çatdığı bildirilir

 

Yaponiyada artıq üçüncü gündür ki, son sutka ərzində koronavirusa rekord sayda - 1 579 yoluxma qeydə alınıb.

 

AYNA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bundan əvvəl, rekord yoluxma 1 301 nəfər olub.

 

Ölkədə koronavirusa yoluxanların sayının 37 100 nəfərə çatdığı bildirilir. Bu virusun yaradığı xəstəlik nəticəsində isə 1 024 nəfər həyatını itirib. Daha 87 nəfərin vəziyyətinin çox ağır olduğu bildirilir.

 

Eyni zamanda, qeyd edilir ki, üç prefekturada rekord sayda koronavirusa yeni yoluxma halı qeydə alınıb.

Müəllif: Ayna.az      1 Avqust 2020 01:29
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin