Azərbaycanda teatr direktoru aktrisanın övladının ölümünə səbəb oldu

Azərbaycanda teatr direktoru aktrisanın övladının ölümünə səbəb oldu
İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktrisası Şəbnəm Cəbrayılova direktor İftixar Piriyevi məhkəməyə verir. AYNA olke.az-a istinadən xəbər verir ki, bu haqda Ş.Cəbrayılova özü bildirib. Aktrisa qeyd edib ki, direktoru məhkəməyə verməsinə səbəb övladının tələf olmasıdır:
 
"Hamilə olduğum üçün truppa müdirinə əvvəlcədən bildirdim ki, yay qastrollarının yalnız üçündə iştirak edə biləcəyəm. Çünki həkim icazə vermir. Buna baxmayaraq, qastrollarda iştirak etdim. Amma dördüncü qastrola gedə bilmədiyim üçün xəbərim olmadan əmrimi verib, məni işdən çıxarıblar".
 
Hazırda vəziyyətinin ağır olduğunu deyən aktrisa, aidiyyatı qurumlara, həmçinin məhkəməyə müraciət edəcəyini açıqlayıb.
Müəllif: Ayna.az      28 İyul 2019 22:00
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin