Əsas səhifə Haqqımızda Xəbər lenti

AzTV-nin işçisi koronavirusdan vəfat edib

AzTV-nin işçisi koronavirusdan vəfat edib

Rejissor Samir Nemətzadə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb

 

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV) işçisi koronavirusdan vəfat edib. AYNA xəbər verir ki, AzTV-nin İctimai-siyasi və analitik verilişlər departamentinin rejissoru Samir Nemətzadə bir neçə gün əvvəl səhhətinin ağırlaşması səbəbindən xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

 

“QSC kollektivi həyatını itirən əməkdaşına Allahdan rəhmət diləyir və ailəsinə dərin hüznlə baş sağlığı verir. Əlavə edək ki, hazırda daha beş əməkdaşımız xəstəxanada müalicə alır, bir nəfər isə evə buraxılıb və onların səhhətində hər hansı ağırlaşma yoxdur. Xəstəliyin əməkdaşlar arasında geniş yayılmaması üçün şirkət daxilində dezinfeksiya tədbirləri davam etdirilir, hərarəti yüksək olan əməkdaşlar QSC daxilinə buraxılmır və ümumi sayı 3000-ə yaxın olan kollektivin hazırda yalnız min nəfəri iş başındadır. Qalan əməkdaşlar isə əməkdaşlığı distant şəkildə, evdə qalaraq davam etdirir”, - deyə AzTV-nin məlumatında qeyd olunub.

Müəllif: Ayna.az      1 İyul 2020 14:41
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin