Məşhur futbolçuya sulahlı hücum - VİDEO

Məşhur futbolçuya sulahlı hücum -      VİDEO

Onlara skuterdə olan bıçaqla silahlanmış dəstə hücum edib

 

İngiltərə "Arsenal"ının futbolçusu Məsut Özil silahlı hücuma məruz qalıb. AYNA "Report"-a istinadən xəbər verir ki, hadisə Londonun şimalında türk əsilli yarımmüdafiəçi "Mercedes" markalı avtomobili ilə getdiyi vaxt baş verib. Həmin vaxt maşında Özilin komanda yoldaşı Sead Kolaşinats da olub. Onlara skuterdə olan bıçaqla silahlanmış dəstə hücum edib.

 

Bu an Özil maşından sıçrayaraq yaxınlıqdakı tanışlarının çalışdığı "Likya" restoranına kömək istəyi ilə qaçıb. Kolaşinats isə avtomobilindən qaçaraq hücum edənlərlə davaya başlayıb. Həmin anların videosunu təsadüfi şahid lentə alıb.

 

Bundan sonra restoranın əməkdaşları futbolçuların köməyinə yetişib. Onlar cinayətkar dəstədən qurtulmaqda yardımçı olublar. Özil və Kolaşinats dava zamanı zərər görməyib.

 

Müəllif: Ayna.az      26 İyul 2019 05:32
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin