Tərtərdə dəhşətli qəza baş verib

Tərtərdə dəhşətli qəza baş verib

Minik avtomobili ilə yük avtomobili toqquşdu, ölən və yaralananlar var

 

Tərtərdə sürücünün ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. AYNA-nın APA-a istinadən xəbərinə görə, hadisə rayonun Qaraqoyunlu kəndi ərazisində qeydə alınıb.

 

Kənd sakini, 1963-cü il təvəllüdlü Məmmədov Təhməz Akif oğlunun idarə etdiyi “VAZ 2107” markalı avtomobil hərəkətdə olan yük avtomobili ilə toqquşub.

 

Nəticədə “Jiquli”nin sürücüsü T.Məmmədov hadisə yerində dünyasını dəyişib, yük avtomobilində olan sərnişin və sürücü isə ağır bədən xəsarətləri ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, vəziyyətləri ağırdır. Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az      22 İyun 2020 04:13
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin