Bakıda koronavirusa ən çox yoluxma bu rayondadır

Bakıda koronavirusa ən çox yoluxma bu rayondadır

Xətaidən sonra Binəqədi və Sabunçu rayonları qərarlaşıb

 

Paytaxt ərazisində koronavirusa yoluxanların 12,7 faizi Yasamal rayonunun payına düşür. AYNA xəbər verir ki, bu barədə məlumat koronavirusinfo.az saytında yerləşdirilib.

 

Yasamal rayonundan sonra ən çox yoluxma Bakının Xətai (12,2%), Binəqədi (12,1%), Sabunçu (12%) rayonları ərazisində qeydə alınıb.

 

Ümumilikdə, virusa yoluxmalar paytaxtın Nəsimi rayonunda 10,7%, Suraxanı rayonunda 9,6%, Nəriman Nərimanov rayonunda 8,8%, Nizami rayonunda 7,3%, Qaradağ rayonunda 6,6%, Xəzər 4,4, Səbail rayonunda 3,2% təşkil edib. Bakı üzrə ən az yoluxma isə 0,06%-lə Pirallahı qəsəbəsində qeydə alınıb.

 

Qeyd edək ki, ötən həftə koronavirusa yoluxmaya görə Sabunçu rayonu lider idi.

 

Müəllif: Ayna.az      16 İyun 2020 13:28
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin