Fransada COVİD-19 qurbanlarının sayı artıb

Fransada COVİD-19 qurbanlarının sayı artıb

Fransada koronavirusla bağlı son vəziyyət açıqlanıb

 

Fransada son bir gün ərzində koronavirusdan 28 ölüm qeydə alınıb.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

 

"Epidemiyanın başlanğıcından Fransada 29 374 insan ölüb, onlardan 18 990 nəfəri xəstəxanalarda vəfat edib", - deyə rəsmi məlumatda bildirilir.

 

Qeyd edilir ki, hazırda xəstəxanalarda 11 124 insan müalicə edilir. Son gün ərzində daha 136 nəfər koronavirusa yoluxma ilə əlaqədar xəstəxanaya yerləşdirilib. Xəstəxanaların reanimasiya şöbələrində pasiyentlərin sayı azalmaqda davam edir. Hazırda 879 xəstə müalicə edilir, son 24 saat ərzində 18 daha insan reanimasiya şöbələrinə yerləşdirilib.

 

Epidemiyanın başlanğıcından ölkədə 103 mindən çox insan xəstəxanaya yerləşdirilib, onların 18 mindən çoxu reanimasiyalarda müalicə alıb. Qərbi Avropanın bu ölkəsində 72,5 mindən çox insan koronavirusdan sağalıb. 

Müəllif: Ayna.az      13 İyun 2020 01:39
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin