Şəkidə yanğın olub

Şəkidə yanğın olub

Hadisə yerinə FHN əməkdaşları cəlb edilib

 

Şəki şəhərinin Böyük Dəhnə kəndində yanğın olub. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, ümumi sahəsi 40 m2 olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və içərisinə yığılan 1 ton ot bağlamasının 700 kiloqramı yanıb.

 

Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az      2 İyun 2020 14:48
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin