Merkellə Tramp arasında fikir ayrılığı mübahisəyə səbəb olub

Merkellə Tramp arasında fikir ayrılığı mübahisəyə səbəb olub

Liderlər NATO və Çinlə bağlı məsələlərdə razılığa gəlməyiblər

 

“Şimal axını-2” layihəsi ilə bağlı fikir ayrılıqları Almaniya kansleri Anqela Merkel ilə ABŞ Prezidenti Donald Tramp arasında qızğın mübahisəyə səbəb olub. Bu barədə AYNA xarici mediaya istinadən xəbər verir.

 

ABŞ hakim dairələrinin adı açıqlanmayan bir nümayəndəsinin sözlərinə görə, bu həftənin əvvəlində baş tutan telefon danışığı zamanı iki ölkənin liderləri NATO və Çinlə bağlı məsələlərdə razılığa gəlməyiblər. ABŞ və Almaniya rəsmiləri isə yayılan məlumatlara münasibət bildirməyiblər.

 

Qeyd edək ki, Merkel Trampın dəvəti ilə G7 sammitində iştirak üçün Vaşinqtona getməkdən imtina edib. Rəsmi açıqlamaya görə, Merkelin koronavirusla bağlı vəziyyətə görə, iyunun sonunda ABŞ-da keçiriləcək toplantıda iştirakının mümkün olmadığını bildirilib.

Müəllif: Ayna.az      30 May 2020 14:17
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin