Əsas səhifə Haqqımızda Xəbər lenti

Vladimir Zelenski İlham Əliyevə minnətdarlıq edib

Vladimir Zelenski İlham Əliyevə minnətdarlıq edib

Azərbaycan investisiyası hesabına Ukraynada həyata keçirilən layihələrin icrası ilə bağlı məsələlər müzakirə olunub

 

Mayın 27-də Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. AYNA Azərbaycan dövlət başçısının mətbuat xidmətində istinadən xəbər verir ki, Zelenski koronavirusla mübarizə ilə bağlı Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardıma görə minnətdarlığını bildirib, bunu bu ağır dövrdə dostluq münasibətlərinin təzahürü kimi dəyərləndirib. İlham Əliyev bu yardımın ölkələrimiz və xalqlarımız arasında münasibətlərin ruhunu əks etdirdiyini bildirib.

 

Telefon söhbəti zamanı Azərbaycan investisiyası hesabına Ukraynada həyata keçirilən layihələrin icrası ilə bağlı məsələlər də müzakirə olunub. Prezident İlham Əliyev və Prezident Vladimir Zelenski postpandemiya dövründə də siyasi, iqtisadi-ticarət, nəqliyyat sahələrində əməkdaşlığın davam etdirilməsinin zəruriliyini vurğulayıblar.

 

Ukrayna Prezidenti Ramazan ayının başa çatması və Respublika Günü münasibətilə də Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib. Dövlətimizin başçısı təbrikə görə minnətdarlığını bildirib. Söhbət zamanı bir sıra ikitərəfli və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Müəllif: Ayna.az      27 May 2020 18:24
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin