Meksikada koronavirusdan ölənlərin sayı artıb

Meksikada koronavirusdan ölənlərin sayı artıb

Son 24 saat ərzində 215 nəfər ölüb

 

Meksikada son 24 saat ərzində yeni növ koronavirusdan 215 nəfər ölüb. AYNA xəbər verir ki, bu barədə Meksika Səhiyyə Nazirliyi açıqlama yayıb.

 

Açıqlamada, ölənlərin sayının artaraq 7 min 394-ə, yoluxanların sayının isə 2764 nəfər artaraq 68 min 620-ə çatdığı vurğulanıb. Ölkədə 47 min 424 nəfər isə COVID-19-a qalib gəlməyi bacarıb.

 

Qeyd edək ki, Meksikada COVID-19-a ilk yoluxma hadisəsi fevralın 28-də, ilk ölüm isə martın 19-da baş verib.

Müəllif: Ayna.az      25 May 2020 13:39
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin