Aşıq Ulduz Rusiyada vəfat edib: Yaxınları nəşini gətirə bilmirlər

Aşıq Ulduz Rusiyada vəfat edib: Yaxınları nəşini gətirə bilmirlər

Moskvada yaşayan həmyerlilərimizdən yardım istənilib

 

Azərbaycanlı aşıq Ulduz Azaflı dünyasını dəyişib. AYNA “Axşam.az”-a istinadən xəbər verir ki, bu barədə şairə Nazilə Səfərli bildirib.

 

O bildirib ki, əslən Tovuzdan olan sənətçi Rusiyada yaşayıb.

 

Yaxınları mərhumun nəşini Azərbaycana gətirməyə çalışırlar. Onlar pandemiya ilə əlaqədar bu işdə çətinlik çəkdiklərini bildiriblər və Moskvada yaşayan həmyerlilərimizdən yardım istəyiblər.

 

Qeyd edək ki, Ulduz ustad aşıq Azaflı Mikayılın səkkizinci övladıdır.

Müəllif: Ayna.az      22 May 2020 16:57
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin